02.06.2023, Friday, Asia/Baku 09:55 |
1 USD - 2.613 GEL 1 GEL - 0.383 USD 1 USD - 7.101 CNY 1 CNY - 0.141 USD 1 RUB - 0.012 EUR 1 EUR - 0.859 GBP 1 RUB - 0.012 USD 1 AED - 0.463 AZN 1 AZN - 2.161 AED 1 AED - 0.272 USD 1 USD - 3.673 AED 1 TRY - 0.048 USD 1 GBP - 1.243 USD 1 USD - 0.804 GBP 1 USD - 20.757 TRY 1 USD - 0.936 EUR 1 EUR - 1.068 USD 1 AZN - 47.847 RUB 1 RUB - 0.021 AZN 1 AZN - 0.473 GBP 1 GBP - 2.114 AZN 1 AZN - 0.551 EUR 1 EUR - 1.816 AZN 1 AZN - 12.21 TRY 1 AZN - 0.588 USD 1 TRY - 0.082 AZN 1 USD - 1.7 AZN
02.06.2023, Friday, Asia/Baku 09:55
1 USD - 2.613 GEL 1 GEL - 0.383 USD 1 USD - 7.101 CNY 1 CNY - 0.141 USD 1 RUB - 0.012 EUR 1 EUR - 0.859 GBP 1 RUB - 0.012 USD 1 AED - 0.463 AZN 1 AZN - 2.161 AED 1 AED - 0.272 USD 1 USD - 3.673 AED 1 TRY - 0.048 USD 1 GBP - 1.243 USD 1 USD - 0.804 GBP 1 USD - 20.757 TRY 1 USD - 0.936 EUR 1 EUR - 1.068 USD 1 AZN - 47.847 RUB 1 RUB - 0.021 AZN 1 AZN - 0.473 GBP 1 GBP - 2.114 AZN 1 AZN - 0.551 EUR 1 EUR - 1.816 AZN 1 AZN - 12.21 TRY 1 AZN - 0.588 USD 1 TRY - 0.082 AZN 1 USD - 1.7 AZN

F.A.Q

  • COLİBRİ ilə necə sifariş etməli?
    1. Colibri.Az saytında qeydiyyatdan keçin;
    2. Colibri.Az şəxsi hesabınızda şirkətimizin ABŞ, Türkiyə, Almaniya və İngiltərədə  yerləşən anbar ünvanları təqdim olunacaq;
    3. Sifariş zamanı, məhsulu almaq istədiyiniz saytda, şirkətimizin Sizə təqdim etdiyi 6 anbar ünvanından birini çatdırılma ünvanı kimi daxil edin;
    4. Bağlama şirkətimizin ABŞ, Türkiyə, Almaniya və ya İngiltərədə yerləşən anbarlarından birinə daxil olduqdan sonra Sizə bu haqda elektron poçt vasitəsi ilə bildiriş göndəriləcəkdir. Bundan əlavə bağlamanızın mövcud statusunu "Colibri" şəxsi hesabınızdan da izləyə bilərsiniz;
    5. Bağlama Colibri-nin Bakı ofisinə çatdırıldıqdan sonra Sizə SMS və elektron poçt vasitəsilə bildiriş göndəriləcəkdir.
  • Niyə bağlamanın mağaza tərəfindən qeyd edilən çəkisi Colibri-nin anbarında qeyd edilən çəkidən fərqlidir?

    Nəzərinizə çatdırırıq ki, mağazalar və xarici poçt xidmətləri adətən bağlamanın təqribi çəkisini qeyd edir.
    Bağlama Colibrinin xaricdə yerləşən anbarlarına daxil olduqda isə çəkisi elektron tərəzidə yoxlanılır və beləliklə dəqiq çəki qeyd edilir.

  • 300 ABŞ dolları limiti nədir?

    Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü  bəndini rəhbər tutaraq) BİR TƏQVİM AYI müddətində 300 ABŞ dolları ekvivalentindən artıq olmayan məbləğdə yükün ölkəyə idxal edilməsi sadələşdirilmiş qaydada həyata keçirilir.

    Fiziki dəyər 300 ABŞ dollarından çox olduqda, qanunvericiliyə uyğun olaraq 36%-dək gömrük rüsumu ödənilir.
    300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.

    Limiti keçmiş hesab sahiblərinin bağlamaları DGK tərəfindən saxlanılır.

    **Bağlamanın Hava Limanında saxlanılması zamanı ilk gun 15 AZN, sonrakı hər gün üçün 1AVRO (2 AZN) saxlanc haqqı hesablanır.

  • «Tracking İD» nədir?

    Bağlama satıcı-mağaza tərəfindən alıcının qeyd etdiyi ünvana çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya izləmə nömrəsi(tracking number) təyin edir.

    Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.

    Treking nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.

    Bağlama Colibri-nin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləmək mümkündür.

  • Bəyannamə nədir və necə doldurulmalıdır?

    Bəyannamə xarici anbara sifarişçi adına gələcək bağlama ilə bağlı məlumatlandırma üçün və Gömrük Komitəsinə vətəndaş adına gələcək poçt yükünə dair təqdim olunan sadələşdirilmiş bəyan formasıdır.

    Colibri.az saytında bəyannaməni 2 bölmədən doldurmaq mümkündür:

    1. “Öncədən bəyan et”
    2. “Xarici anbardadır”

    * "Öncədən bəyan et" bölməsindən bəyannamə satıcı-mağaza bağlama üçün trek nömrə təqdim etdiyi andan anbara təhvil verilənə qədər doldurula və invoys əlavə oluna bilər.

    * Bağlama artıq xarici anbara çatdıqdan sonra isə bəyannamə yalnız "Xarici anbardadır" bölməsindən doldurulmalı və invoys əlavə edilməlidir.

    Diqqət!

    Bir bağlama üçün  pdf, docx, doc, png, jpg və ya jpeg formatda yalnız BİR fayl əlavə etmək mümkündür.

  • Həcm çəkisi nədir və necə hesablanır?

    Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) qaydalarına əsasən Hava Nəqliyyatı ilə daşınılan yüklərin

    həm həcm həmdə fiziki çəkisi hesablanmalıdır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilməlidir.

    Fiziki çəki – Bağlamanın qablaşdırılmış vəziyyətdə tərəzidə görünən çəkisidir;

    Həcm çəkisi – Bağlamanın ölçüləri əsasında hesablanan çəkidir.

    Həcm çəkisinin Beynəlxalq Hesablama Qaydalarına uyğun olaraq hesablanma formulu aşağıdakı kimidir:

    (En x Uzunluq x Hündürlük)/6000 = Həcm çəkisi (kg)

     

    Diqqət!

    * ABŞ, TÜRKİYƏ, ALMANİYA VƏ İNGİLTƏRƏdən ölçüsü 100sm-dən böyük olan bağlamaların daşınma haqqı həm həcm həmdə fiziki çəki əsasında hesablanır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilir.

    Həcmindən asılı olmayaraq, salafan torbalarda çatdırılan bağlamaların daşınma haqqı yalnız FİZİKİ ÇƏKİ əsasında hesablanır.

  • Xarici anbarların iş saatları
      USA GERMANY TURKEY   ENGLAND  
    Monday 09:00-18:00 09:00-18:00 09:00-18:00   09:00-17:00  
    Tuesday 09:00-18:00 09:00-18:00 09:00-18:00   09:00-17:00  
    Wednesday 09:00-18:00 09:00-18:00 09:00-18:00   09:00-17:00  
    Thursday 09:00-18:00 09:00-18:00 09:00-18:00   09:00-17:00  
    Friday 09:00-18:00 09:00-18:00 09:00-18:00   09:00-17:00  
    Saturday Non-working day Non-working day Non-working day   Non-working day  
    Sunday Non-working day Non-working day Non-working day   Non-working day  
  • Azərbaycan bank kartlarını qəbul etməyən saytlardan necə sifarış edə bilərəm?

    Bildiyiniz kimi, Türkiyədə bəzi onlayn mağazalar yalnız Türkiyənin banklarına məxsus olan bank kartlarından ödəniş qəbul edirlər.

    Əgər Sizin kartınız alış-veriş etmək istədiyiniz sayt tərəfindən qəbul olunmursa, o zaman Colibri-nin "Sifariş et" xidmətindən istifadə edə bilərsiniz.

    Sifariş etmək üçün:

    🔸 “Hesabım” bölməsində “Sifariş et” düyməsinə klikləyin;

    🔸 Sifariş edəcəyiniz məhsulun “link”-ni əlavə edin və məhsul haqda məlumatları daxil edin;

    🔸 “Ödəniş et” düyməsinə klikləyərək sifarişinizi tamamlayın;

    🔸 Sifarişiniz tərəfimizdən ən qısa zamanda tamamlanaraq Sizə bu haqda e-mail vasitəsi ilə təsdiq məktubu göndəriləcəkdir. 

  • Bağlamaların göndəriş cədvəli
    AMERİKA
    Reysin bağlanma saatı: Yerli saat ilə 13:00-da
    Reysin bağlanma və göndəriş günləri: Cümə
    Təhvil verilmə vaxtı: Çərşənbə-Cümə axşamı
    Bağlamanın son bəyanetmə tarixi: Cümə 18:00
    TÜRKİYƏ
    1 reys
    Reysin bağlanma günü və saatı: Çərşənbə, yerli saat ilə 13:00-da
    Reysin göndəriş günü: Çərşənbə
    Təhvil verilmə vaxtı: Cümə axşamı-Cümə
    Bağlamanın son bəyanetmə tarixi: Çərşənbə, 09:00
    2 reys
    Reysin bağlanma günü və saatı: Şənbə, yerli saat ilə 11:00-da
    Reysin göndəriş günü: Şənbə
    Təhvil verilmə vaxtı: Bazar ertəsi-Çərşənbə axşamı
    Bağlamanın son bəyanetmə tarixi: Şənbə 09:00
    ALMANİYA
    1 reys
    Reysin bağlanma saatı: Yerli saat ilə 12:00-da
    Reysin bağlanma və göndəriş günləri: Çərşənbə axşamı
    Təhvil verilmə vaxtı: Cümə axşamı-Cümə
    Bağlamanın son bəyanetmə tarixi: Çərşənbə  axşamı 13:00
    2 reys
    Reysin bağlanma günü və saatı: Cümə, yerli saat ilə 12:00-da
    Reysin göndəriş günü: Cümə
    Təhvil verilmə vaxtı: Çərşənbə axşamı-Çərşənbə
    Bağlamanın son bəyanetmə tarixi: Cümə, 13:00
    İNGİLTƏRƏ
    Reysin bağlanma saatı: Yerli saat ilə 12:00-da
    Reysin bağlanma və göndəriş günləri: Bazar ertəsi
    Təhvil verilmə vaxtı: Cümə axşamı-Cümə
    Bağlamanın son bəyanetmə tarixi: Bazar 18:00
    BƏƏ
       
       
       
     
       
       
       
    Diqqət!
    * Çatdırılma müddəti bağlama anbarımıza çatdırıldıqdan və invoys əlavə olunduqdan sonra hesablanır. 
    * * Türkiyədən maye və batareya tərkibli bağlamaların göndərişi 14 gündən bir həyata keçirilir.

     
  • Bağlamalarım hansı hallarda Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən saxlanıla bilər?

    1. 300$ limitini keçdikdə;

    2. Kommersiya məqsədləri üçün şəxsi istifadə limitindən(300$) sui-istifadə etdikdə;

    3. Kommersiya məqsədləri uçun nəzərdə tutulduqda;

    4. Məhsulun dəyərinin "invoice"-də azaldılma şübhəsi yarandıqda;

    5. Məhsulun idaxlı üçün lisenziya və ya sertifikat tələb olunduqda;

    6. Ölkəyə idaxl edilməsi qadağan edilmiş məhsullar olduğunda;

    7. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

  • Colibri ilə maye məhsulları sifariş vermək mümkündür?

    Colibri EXpress ilə: 

     

    🔶 ABŞ Almaniya-dan isə tərkibində tezalışan və partlayıcı maddələrin olmadığı maye məhsullarının daşınılmasını mümkündür.

  • Bağlamaların təhvil alınması üçün hansı sənədlər tələb olunur?

    Ofisimizdən bağlamaları təhvil aldığınız zaman:
    🔶Öz bağlamanızı təhvil aldıqda, öz şəxsiyyət vəsiqənizin əslini;
    🔶Digər şəxsin bağlamasını təhvil aldıqda öz şəxsiyyət vəsiqənizin əslini və bağlama sahibinin vəsiqəsinin surət və ya əslini təqdim etməyiniz mütləqdir.

    ⚠️Diqqət! İlk xəbərdarlıqdan sonra, qeyd olunan şərtlər ödənmədiyi təqdirdə bağlamaların təhvil verilməsi mümkün olmayacaqdır.